Azərbaycan Şeirləri

Tufan salarıq

Deynə Heydər babaya biz şer əlindən tacı aldıq
Yaxasından yapışıb cəlladı taxtdan yerə saldıq
Ammaki el yenə aldandı, düzü biz gerı qaldıq
Qıyha qovzanmadadır, bir yeni tufan salariq biz
Islam altında mısan Şeytanı taxtdan salarıq biz

Yenə Heydər baba qoy xalqıma dağlar dayaq olsun
Elə keçmiş kimi sözlər yenə qardaşsayaq olsun
Yumruqlar da dügünlənmədə qoy xalq ayaq olsun
Əlbir olsaq elinən bir yeni tuğyan salarıq biz
Şahi saldıq necəkim, mollanı taxtdan salarıq biz

Hay vuranda Savalan söylə Səhənd topların atsın
Bu tayın nərəsı qalxanda o tay mətləbə çatsın
Vətən uğrunda gərəkdirki igid qan tərə batsın
Doğma qardaş səsınə can deyib əfğan salarıq biz
Bir də duşmənlər əyə qan diyə, qan-qan salarıq biz

Qara dağdan düzülüb Təbrizə Səttarxanlar
Xalqın övladı yetişmişdi, yolun səhmanlar
Aldadanmazdır onu bir də fılan-behmanlar
Vətən uğrunda bütün yolları səhman salarıq
Yaşa dillərdə bütün Azəribaycan salarıq

Gülməyə başladı qönçə, o çiçək açmadadır
Zirvələnmiş yenə gün yurda işıq saçmadadır
Elimə xain olanlarda köçüb qaçmadadır
Necə tufan ki, demişdin elə tufan salarıq
Doğru yoldur yolumuz aləmi heyran salarıq

Sən də Heydərbaba bizdən sarı lap arxayın ol
Biz qaranlıqları yardıqda sən ayın-şayın ol
Saleha qorxma diyə sən də elə öz tayın ol
Tay-tuş olduqda qoçaqlar, yenə tufan salarıq
Islam altında mısan şeytanı taxtdan salarıq

Montreal.1999


Cani qurban demişik Azəribaycanimiza

Neçə yol millətimiz qaninə əlvan boyanib
Od vurub pəhləvilər dəftərimiz odda yanib
Adimiz, tariximiz, kimliyimiz taptalanib
Şovonisler yenədə qəsd eliyib canimiza
Cani qurban demişik Azəribaycanimiza
Mollalarda yeridir eyni siyasətlərini
Eliyir din adina bugün cinayətlərini
Başlayibdır şovunist köhnə hikayətlərini
Yağdirilar yenə böhtan bizim unvanimiza
Cani qurban demişik Azəribaycanimiza
Vermişik könlümüzü millətimizlə vətənə
Qorxu yox gər yağa min ox belə candan keçənə
Dönmərik biz yolumuzdan gər bürünsək kəfənə
Vətətn uğrunda əyər biz boyanaq qanimiza
Cani qurban demişik Azəribaycanimiza
Allah –allah səsimiz göylərə qovzandi bugün
Yeni dəva, yeni qoqa. yeni tufandi bugün
Zalimə zülmətə qarşi yeni üsyandi bugün
Kim girər bir belə dəva , belə meydanimiza
Cani qurban demişik Azəribaycanimiza
Başlayib millətimiz istiyir öz kimliyini
Özünün məktəbini , öz adini , öz dilini
Öz elin,öz obasin, öz müstəqil dövlətini
And ola qeyrətimiz , and ola vicdanimiza
Cani qurban demişik Azəribaycanimiza
Çoxda çəkmə daha , biz düşməni burdan qovariq
Qirariq zənciri qoldan yenə azad olariq
Birdə məclis yaradib bir daha dövlət qurariq
Salehəm and ola din , and ola Quranimiza
Cani qurban demişik Azəribaycanimiza


1-Jul-2005




Təbrizin haqq səsi

Gəlmişəm şura Səhəndim, Savalandan soruram
Ərdəbil, Urmula Zəngan, Həmədandan soruram
Mil, Muğandan, Bakı, Dağlıq Qarabağdan soruram
?Bu kül altındakı köz, bir od olarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Məktəbim taxtalanıbdır, açılıb dustaqlar
Kimliyim taptalanıb yüz cürə böhtan yağılar
Yasaq olmuş bu dilim, az qala kökdən dağılar
?Şovinizmə, zülmə üsyan olarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Təbrizin Səttarı, Bağırxanı, Mir Cəfəri var
Savalan gər ucalırsa günü-gündən yeri var
Bax Səhənd heybətinə lap özü tək şairi var
?Qoca Heydər babanın səbri daşarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Ildırımlar çaxar onda səsi dünyayə dolar
Sel olub düşməni məhv eylədiyində durular
Xalqa qan utduranın əl-qolu əlbət burular
?El dəniz tək yenə də dalğalanarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Azər övladı yenə birləşib üsyan salacaq
Zalımı məhv eliyib bir yeni dövran quracaq
Onda azadlıq olub, heç nə yasaq olmayacaq
?Şah başından yenə xalqım tac alarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Salehəm xalqıma mən haqqıdan iman elərəm
Xalqın uğrunda şirin canımı qurban elərəm
Düşmənin bağrına bu sözləri peykan elərəm
?Şanlı bayraqla yenə ərk ucalarsa nə olar
?Təbrizin haqq səsi birdən ucalarsa nə olar

Saleh 1998


Azadistan Milli himni

Yenə ötdu iqbalimiz 
Nə rovşən istiqbalimiz
Hasil oldu amalimiZ
Yaşasin istiqlalimiz
Yaşasin hürriyət


İzz o şərəf misdaqimiz
Azad olub topraqimiz
Roşən hami afaqimiz
Yaylaqimiz qişlaqimiz
Yaşasin istiqlalimiz
Yaşasin hürriyət


Millət hami qardaşimiz
Topraqimiz daq daşimiz
Fəth o zəfər yoldaşimiz
Öz əlimiz öz başimiz
Yaşasin istiqlalimiz
Yaşasin hürriyət


Al silahın yola düş

Qalx ayağa qoçağım, zalimə üsyan çağıdır
Boyanıb ölkə qana, düşmənə qan-qan çağıdır
Sənı səslır vətənın, bir yeni dəstan çağıdır
Qalx ayağa qoçağım qanlara qan almalıyıq
Al silahın yola düş ölkəni qurtarmalyıq

Qoç Kor oğlu hay vurub atlana hamı dəlilər
Tətiyin çəkmədədir indi həcərlər, nəbilər
Ölkəmə basqı edibdir yaramaz ərmənilər
Biz də odlar diyarın oddan olan övladıyıq
Al silahın yola düş ölkəni qurtarmalyıq

Bir baxın siz vətənə, torpaği qandır görüsüz,
Ölkənin sərvəti hər yerdə talandır görüsüz,
Ana yurdun adı əlbətdə qalandır görüsüz
Düşmənin ordusuna güclü bir od salmalıyıq
Al silahın yola düş ölkəni qurtarmalyıq

Vətənimdə bilirəm aslan igidlər çoxdur
Dağıdar düşməni o, odlu, qızıl bir oxdur
Vətən uğrunda ölüm varsa da dönmək yoxdur
Qalx ayağa qoçağım birləşib atlanmalıyıq
Al silahın yola düş ölkənı qurtarmalyıq

Saleh axırda deyir qanlara qaynar qanımız
Vətən uğrunda ola min kərə qurban canımız
Gərək azad ola axır Qarabağ torpağımız
Qalx ayağa qoçağım qanlara qan almalıyıq
Al silahın yola düş ölkəni qurtarmalyıq.

Montreal. 10-04-1993